
UŞAQ PARALİMPİYA OYUNLARI
Uşaq Paralimpiya Oyunları ölkəmizdə ilk dəfə 2013-cü ildə keçirilib.
Uşaq Paralimpiya Oyunlarının keçirilməsinin əsas məqsədi 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslərin idmana cəlb olunması ilə Azərbaycanı beynəlxalq idman arenalarında layiqincə təmsil edəcək yeni idmançı nəslinin formalaşdırılmasıdır. Oyunların keçirilməsi ölkəmizdə uşaq paralimpiya hərəkatının inkişafı, əlilliyi olan uşaqların idmana marağının artırılması baxımından da vacibdir.
Ümumilikdə 8 dəfə təşkil edilən Oyunların sonuncusu 2024-cü ilin dekabr ayında Sumqayıt Paralimpiya İdman Kompleksində təşkil edilib. Oyunlarda 130-dan çox uşaq paralimpiyaçı iştirak edib. Onlar 6 idman növü (paracüdo, parastolüstü tennis, parataekvondo, paraüzgüçülük, parapauerliftinq, boccia) üzrə müxtəlif kateqoriyalarda mübarizə aparıb.